Ekonomiks 11:24 09.05.2015

Facebook-la bağlı şok nəticə

Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook-la bağlı sorğu keçirilib. Anspress-in məlumatına görə, "Slater and Gordon Lawyers" hüquq şirkətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmadan maraqlı nəticələr ortaya çıxıb. Məlum olub ki, Facebook ailələrdə boşanma hallarına 5 il əvvəlkindən daha çox təsir edir. İstifadəçilərin əksəriyyəti sosial şəbəkələrə görə nikahlarını pozmağa qərar verirlər. 

Sorğuya görə, hər yeddinci britaniyalı həyat yoldaşı sosial şəbəkələrdə həddən artıq vaxt keçirdiyi üçün boşanma haqqında fikirləşir. Demək olar ki, respondentlərin yarısı Facebook-da həyat yoldaşının hesabını gizli olaraq yoxlayır. Sorğuda iştirak edən hər beşinci şəxs həyat yoldaşı ilə sosial şəbəkəyə görə dalaşır. Ər-arvadların təminən 25%-i həftədə bir dəfə Facebook-a görə mübahisə edir. 

Cütlüklərin 17%-i internetdə həyat yoldaşı haqqında hansısa informasiyanı gördüyü üçün hər gün ailədə dava-dalaş olur. 58%-dən çox insan öz hesab paralonu həyat yoldaşına söyləyir.

Qaynar.info