Ekonomiks 11:46 30.08.2013

Facebook-un sirri açıldı - FOTO

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi Facebook-un daha bir sirri açılıb.
 
İT mütəxəssislərinin "çox çirkin sirr" alandırdıqları bu xəbər Avropa Birliyinin təcili araşdırmalar başlamasına təkan verib.
Səbəb isə Facebook-un texniki dəstək servisinin sosial şəbəkənin istisnasız olaraq bütün istifadəçilərin profil fotoları ilə yanaşı, onların ailə şəkillərini də xüsusi arxivdə saxlamasıdır.
 
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, hazırda Facebook-un xüsusi, məxfi arxiv serverlərində 1 milyarddan artıq istifadəçinin profil fotoları var.
 
Bu isə Facebook-un istifadə qaydaları və sosial şəbəkənin üzvlərinin qeydiyyatdan keçərkən təsdiqlədikləri şərtlərə kəskin şəkildə ziddir.
 
Facebook məlumat bazasından "başqa məqsədlər üçün" istifadə etmədiyini bəyan edib.
 
Hazırda Facebook istifadəçilərin fotolarını avtomatik tanıyır və yeni şəkli əvvəlki foto ilə müqayisə edir.

Qaynar.info