Çeçenistanın lideri Ramzan Kadırovun "Facebook" və "Instagram" hesabları bloklanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, izləyiciləri Kadırovun sosial media hesablarının bağlandığını görüb. Çeçen rəsmilər bildirir ki, bu hadisə texniki problem səbəbilə baş verməyib. ABŞ Maliyyə Nazirliyinin Rusiyaya tətbiq etməyə başladığı sanksiyalardan sonra çeçen liderin hesabları bağlanıb. Çeçenistan milli siyasət, xarici əlaqələr və informasiya naziri Cambulat Umarov "Bu addım, Rusiyanı həqiqi səsdən, bir nəfərin səmimi mədəni mövqeyindən məhrum etməyi hədəfləyir" deyib.

"Telegram" və "Instagram"dakı ingiliscə hesabından açıqlama verən Ramzan Kadırov "Cümə günü "Instagram" hesabım yoxa çıxdı. Hesabım təsdiq edilmişdi, buna görə sosial şəbəkə təhlükəsizliyi təmin etməli idi. Maraq üçün servisə zəng etdik, amma cavab almadıq. Məndən əsəbləşməyimi gözləyirdilər, amma yanıldılar. Bu günə qədər Vaşinqtondan müstəqil olduğu görüntüsü yaradan "Instagram"ın bu addımının ABŞ-ın sanksiya qərarından sonra qəbulu qəribə görünür" deyib.

Qeyd edək ki, ABŞ 2012-ci ildə 5 Rusiya vətəndaşına qarşı sanksiya qərarını qəbul etmiş, bu şəxslərə viza verilməsini dayandırmışdı. Siyahıda Kadırovun da adı var idi.

Gülşən