Facebook özünün kriptovalyutasını təqdim edəcək

Facebook özünün kriptovalyutasını təqdim edəcək

Sosial media nəhəngi Facebook bu ayın sonunda istifadəçilərinə öz kriptovalyutası olan "GlobalCoin'i təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, uzun müddətdir ki, şirkətin üzərində işlədiyi  GlobalCoin adlanan yeni kriptovalyuta, Facebookun 2,3 milyard üzvünə veriləcək.

Məlumatlarda bildirilir ki, "GlobalCoin” yalnız online kanallarda deyil, həm də ATM kimi fiziki mühitlərdə əldə oluna bilər. Ayrıca bu layihənin işçiləri istəyərsə maaşlarını "GlobalCoin” ilə ala biləcək.  

Facebook-un öz kriptovalyutasını 2020-ci ilin iyulunda təqdim edəcəyi gözlənilsə də, bu, bir il öncədən baş verdi. Bu da şirkətin belə bir məsələdə gecikmək istəmədiyini göstərir.

Layihə WhatsApp və Messenger üzərindən də həyata keçiriləcək

Yayılan yeni məlumatlara görə, Facebook istifadəçiləri "GlobalCoin” ilə pul qazana, yeni pul köçürmələri və ölkələr arasında ödənişlər edə biləcək. Bu əməliyyatlar Facebook, xüsusən də Messenger və WhatsApp vasitəsilə həyata keçiriləcək.

Facebook gəlirləri artırmaq istəyir, amma...

Facebook ödəniş sahəsinə daxil olmaq və reklam gəlirləri tamamilə dayanan monetizasiya modelini diversifikasiya etmək istəyir. Lakin şirkətin reklam modeli şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı vəkillər, mətbuat və hüquqşünaslar tərəfindən ciddi şəkildə tənqid olunur.

Bəs, ümumiyyətlə kriptovalyuta nə deməkdir?

Kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş  şəbəkəsidir. İnternet  şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və onun ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olması qaçılmazdır. Hətta kriptovalyutanı "internetin qızılı” da adlandırırlar.

Kriptovalyutanın əldə edilməsi prosesi mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində "kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritim əsasında  məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlılığının aparılmasını Blokçeyin sistemi təmin edir.

Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir dövlət tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilir. Bu valyutanın istifadəsini heç kim məcbur və ya qadağan edə bilməz. Çünki rəqəmsal valyutanın dövriyyəsinə və onu istifadə edənlərə heç kim nəzarət etmir.

Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizmi yoxdur, inflyasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyəti qeyri-mümkündür.

Təsəvvür edin ki, fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, həmçinin heç bir komissiya xərci ödəmədən valyuta mübadiləsi edirlər. Bu, maliyyə sahəsində inqilabi yenilkdir. //musavat.com

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR