Texnologiya 14:20 02.05.2018

"Facebook"da tanışlıq profili açmaq mümkün olacaq

"Facebook" sosial şəbəkəsi tanışlıq xidmətini istifadəçilərinə təqdim edəcək.

Qaynarinfo xəbər verir ki, mövcud "Facebook" profilinə bağlı, tanışlıq üçün nəzərdə tutulan hesab açmaq mümkün olacaq. Tanışlıq hesabı dost siyahınızda olan şəxslər tərəfindən görülməyəcək. Şirkət rəhbəri Mark Zükerberq bu barədə "Facebook"un konfransında məlumat verib və uzunmüddətli, emosional münasibətlərin qurulmasına vasitə olmaq istədiklərini deyib. Zükerberq həmçinin istifadəçilərin şəxsi məlumatlarının qorunacağını qeyd edib.

Sosial şəbəkə alqoritmi sizə uyğun şəxsləri tövsiyyə edəcək. 

Bu xəbər dünyanın ən böyük tanışlıq saytlarından olan "match.com"un hissələrinin 22% düşməsinə səbəb olub. 

Gülşən