Texnologiya 18:20 21.09.2017

Facebookdan intiharlara qarşı inanılmaz yenilik

Facebook intihara meyilli istifadəçi axtarışındadır.

“Qaynarinfo” xəbər verir ki, Facebook bu həftə sistemindəki yeni və çox maraqlı bir funksiyadan bəhs edib. Belə ki, Facebookun yayımladığı sistem süni intellektdən istifadə edərək istifadəçisinin intihara təşəbbüsünü müəyyənləşdirir və ona kömək edir.


Xüsusi müdaxilə grupu iş başındadır

Təyin olunan alqoritmə görə 2 milyard istifadəçinin məlumatları araşdırılır, göndərdiyi məktublar və verdiyi cavablar analiz edilir, hər hansı depressiya və intihara təşəbbüsdən şübhə yaranarsa, həmin şəxslərlə əlaqəyə keçilir və onlara kömək olunmağa çalışılır. Facebook bu funksiyanı xeyriyyə təşkilatları ilə birgə həyata keçirmək niyyətindədir. 

Funksiya ilə bağlı açıqlama verən rəsmilər bildiriblər ki, bu funksiya əslində illərdir bu kimi hallarla mübarizə aparır. Lakin bu günə qədər başqa istifadəçilər tərəfindən müraciət əsasında hərəkətə keçirdilər. İndi isə şəbəkənin öz komandasının analizləri nəticəsində proses həyata keçiriləcək. Rəsmilər sistemin tam olaraq necə işlədiyini deməsələr də, bəzi detalları açıqlayıblar. 


Belə ki, canlı yayım vasitəsilə dəstək Facebookun canlı yayım tətbiqi intihara təşəbbüsün qarşısını alacaq üsullarla təmin ediləcək. Bir intihar videosunu canlı izləyən biri videodakı insanla canlı olaraq əlaqə yarada biləcək və ya bu vəziyyəti Facebooka anında bildirə biləcək. Facebook da öz növbəsində həmin şəxsə məsələyə necə müdaxilə etməli olduğunu bildirəcək. Eyni zamanda intihar etmək istəyən şəxs də kömək istəmək niyyətinə düşərsə, ekranda dostları və ya Facebook komandası ilə birbaşa əlaqə yarada biləcək dəstək funksiyaları görəcək. 

Bu funksiya ilə son zamanlar həddindən artıq müşahidə olunan canlı yayımda intihar cəhdlərinin qarşısını müəyyən qədər alınmış olacaq. 

Nərmin Həsənli

Qaynarinfo.Az