Texnologiya 18:00 01.06.2018

"Facebook"dan şad xəbər: status yaz, pul qazan

Dünyanın ən populyar sosial şəbəkəsi olan "Facebook"un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradır. 

Qaynarinfo xəbər verir ki, "Facebook"un texniki xidməti istifadəçilər arasında seçim apararaq statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışırlar. 

Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul mükafatı, brendləşdirilmiş kontent və ya "Facebook"un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi. 

Bundan başqa, istifadəçilərə "Hərəkətə çağırış" adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və "dostlar"ın sayının artırılmasını nəzərdə tutur.