Dünya 16:12 23.05.2013

Fahişəxanada 7 fahişəni güllələdilər

İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən bir fahişəxanaya silahlı qruplar tərəfindən hücum edilib. 

Qaynar.info-nun məlumatına görə, silahlılar içəridəki fahişə və müştərilərə atəş açmağa başlayıblar. Nəşticədə 7-si fahişə olmaqla 12 nəhər öldürülüb. 

Hücumun qatı şəriət tərəfdarları tərəfindən təşkil olunduğu ehtimal edilir. 

Səsboğucu alətlər taxılmış silahlarla içəridəkilər bir-bir öldürülüb.

Qaynar.info