Maqazin 20:40 29.09.2018

Faiq Ağayev klipinə 200 min xərcləyib?

Xalq artisti Faiq Ağayev "Zaurla Günaydın" verilişinin qonağı olub. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni hər proqrama qatılmadığından danışıb. Yeni klipindən danışan Ağayev aparıcı Zaur Baxşəliyevin "200 min xərclədin" sualına belə cavab verib:

"200 min nədir? 200 min tapsaydım, konsert edərdim. Hər kanalda yalnız sevdiyim bir-iki veriliş var. Mən necə o biri verilişlərə qatılım? Ona görə də yalnız sevdiyim verilişə gedirəm, o da az".