İdman 16:48 17.10.2019

Faiq Qarayevə "Əmək" ordeni verildi (SƏRƏNCAM)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Faiq Qarayev hazırda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsində çalışır.