İdman 19:57 08.10.2018

Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirildi

UEFA Millətlər Liqasının III turunda Farer adaları və Azərbaycan yığmaları arasında keçiriləcək matçın hakimlərindən biri dəyişdirilib.

"Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan yığması səfərə oktyabrın 9-da çıxacaq.