İdman 16:38 22.08.2013

Fatih Terim millidə işləməyə razılıq verdi

“Qalatarasay”ın baş məşqçisi Fatih Terim Türkiyə millisində işləməklə bağlı yekun qərarını verib. 

Qol.Az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, Türkiyə Futbol Federasiyasından aldığı təklifdən sonra “İmperator” bu gun klub prezidenti Ünal Aysalla görüşüb.

Bir saat yarım davam edən görüşdən sonra məlum olub ki, Terim gələn ilnin may ayına qədər həm “Qalatasaray”ı, həm də millini çalışdırmağa razılıq verib. May ayından sonra isə Türkiyə millisinə yeni baş məşqçi gətiriləcək.

Artıq Terimin qərarıyla bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən də məlumatlandırılıb.

Qəzet yazıb ki, millidə işlədiyinə görə Terim maaş almayacaq. O, yığma üçün təmənnasız çalışacaq.

"Qalatasaray"ın prezidenti Ünal Aysal görüşdən sonra jurnalistlərə bildirib ki, Terimə millini DÇ-2014-ün dörd matçına çıxarmaqla bağlı razılıq verib.

Xatırladaq ki, əvvəlcə federasiyasının Fatih Terimə dörd illik müqavilə təklif etdiyi bildirilirdi.

Qaynar.info