İdman 19:05 25.01.2018

Fazil Məmmədov əmr verdi: Rəşad Əlizadə işdən çıxarıldı

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə baş katib Rəşad Əlizadə vəzifəsindən azad edilib.

Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, federasiya prezidentinin əmrinə əsasən, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub. 

Məlumat üçün bildirək ki, Orxan Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir.