Ekonomiks 16:01 25.09.2018

FED-in tarix boyu etdiyi faiz artımı qərarları

1979-cu ildə inflyasiya ikiqat  yüksəlmişdi. Bununla mübarizə aparmaq üçün Federal Ehtiyyatlar Sisteminin sədri Pol Volker bir ayda faiz dərəcəsini 4 dəfə 15,5 faizədək artırdı.
 
Qaynarinfo xəbər verir ki, ilk artım gizli və plansız bir yığıncaqdan sonra açıqlandı. Bu dövr FED üçün yeni bir dövrün başlanğıcı hesab olunurdu. Həmin dövürdə FED inflyasiyanı idarə etmək üçün pul kütləsini artırmağı təklif edirdi. 

1980-ci ildə isə Federal Ehtiyyatlar Sistemi faiz dərəcəsini 20% -ə yüksəltdi. Bu faiz dərəcələrinin artırılması tarixində ən yüksək səviyyəsi idi. Bu qərarın ardından müəssələr və nəhəng şirkətlər çıxılmaz vəziyyətə düşdülər.
 
İnflyasiya idarə edilə bilməyəcək səviyyəyə qədər artmışdı. Böhrandan sonra Federal Ehtiyyatlar sistemi uzun bir müddət fazi artımı etmədi. 2008-ci ildə dünyanın iqtisadi böhrandan çıxdığı bir vaxtda FED yenidən faiz artımına getdi. 2016-cı ildə isə ABŞ-da işsizlik azalmış, istehlakçı xərcləri isə artmışdı. Bu zaman FED 1,26 faizlik artım elan etdi. 2017-ci ildə inflyasiya ABŞ-da 2 faiz olsa da FED 0.75 %-lik artım etdi. 

Federal Ehtiyyatlar Sistemi sabah iclas keçirəcək. İki gün davam edəcək iclasda FED-in faizləri yenidən artıracağı gözləniləndir.