Video 18:01 26.12.2018

Fədayə Laçına hökm oxundu (YENİLƏNİB)

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Qaynarinfo xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan mərhum olunub.

Penitensiar Xidmətin tabor komandiri sabiq Bəhruz Abdullayev 9 il, sabiq qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddə üzrə bəraət verilib, 311-ci (rüşvət alma) maddə isə ittihamdan xaric olunub. 
 
***17.00
 
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.

O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxslər - Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib. 

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib. 

Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə "Xatırlayarsan, məni” mahnısını ifa edib.