Maqazin 16:01 18.03.2018

Fədayə Laçından yeni xəbər var

Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək.

Qaynarinfo Anews-a istinadən xəbər verir ki, müğənninin vəkili Türkel Süleymanlı müğənninin hazırkı vəziyyətindən danışıb:

"Bayramı həbsdə qeyd edəcək. Dəmir barmaqlıqlar arasında bayramı necə qeyd etmək olar? Çox pis, əlbəttə. Fədayə xanım ümid edirdi ki, bu bayramı evində qeyd edəcək, haqqında həbs qəti imkan tədbiri dəyişiləcək. O bu müddəti evdə keçirməklə istənilən vaxt istintaqlara getməyə hazır idi. Lakin belə olmadı".

T.Süleymanlının sözlərinə görə, hazırda müğənninin ən böyük arzusu bayramda anasını, ailəsini görməkdir.