Ölkə 15:26 18.07.2018

Fədayə Laçının səhhəti pisləşdi

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib.

Bu barədə yenicag.az-a açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib:

"Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox əziyyət çəkir. Hazırda dava-dərman qəbul edir”.

Vəkil istintaqın yekunlaşdığını da bildirib:

"İstintaq yekunlaşıb. Fədayə azadlığa qovuşsa, səhhətindəki problemlərin aradan qaldırılması üçün müalicə kursu alardı”.