Ölkə 14:03 17.06.2013

Fəhlə dəzgahın altında qaldı

Bakıda fəaliyyət göstərən zavodda ölüm faktı qeydə alınıb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən kabel zavodunda qeydə alınıb. Orada işləyən Bakı şəhər sakini Əmir Qəribov dəzgahın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info