Həmas lideri İsmail Haniyə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Haniyə Fələstin xalqına müraciət edərək İsrailin Qüdsü işğalına qarşı qiyam məzmunu daşıyan "İntifada"ya çağırıb. 

Qeyd edək ki, "İntifada" prosesi bu günə qədər 1987-1993 və 2000-2005-ci illərdə 2 dəfə baş verib. 
 
***
 
Həmas liderinin bu çağırışından sonra İsrail ordusu Qərbi Şəriə bölgəsinə əsgər göndərilməsi və hərbi texnika daşınması barədə göstəriş verib. Hərbçilərə ehtimal edilən proseslərə hazır olmaq məqsədilə "Hazır ol" təlimatının verildiyi deyilir. 

Gülşən