Dünya 13:09 31.08.2013

Fələstinlilərlə "Gangnam Style" oynadıqları üçün həbs olundular - VİDEO

Qərbi Şeriada fələstinlilərin toyunu dağıtmağa gələn İsrail əsgərləri onlarla birlikdə əylənməyə başlayıblar. 

Qaynar.info xəbər verir ki, Əl Xəlil qəsəbəsində əsgərlər toy olan evin qarşısından keçərkən, axtarış aparmaq istəyiblər. 

Amma axtarışa gələn əsgərlər toydakı fələstinli gənclərlə birlikdə "Gangnam style" oynamağa başlayıblar.

İsrail əsgərlərinin fələstinlilərlə rəqsi mobil telefonla çəkilib internetə yükləndikdən sonra, İsrail Müdafiə Nazirliyi həmin əsgərlər haqqında cinayət işi açıb. 

Qaynar.info