Video 16:45 28.08.2018

“Felicita”nın ifaçısı Bakıya gəlir

"Felicita” mahnısının ifaçısı kimi tanınan italyan müğənnisi, aktyor Al Bano Karrizi Azərbaycana gəlir.  

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, 75 yaşlı sənətçi Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək.

Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. 

O, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.