İdman 14:04 29.05.2013

“Fənərbağça”nın baş məşqçisi qovuldu

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Aykut Kocamanın istefası ilə bağlı məlumatlar yayılıb. 

Qaynar.info-nun məlumatına görə, Türkiyə mətbuatı Kocamanla klub prezidenti Əziz Yıldırım arasında baş verən mübahisədən sonra baş məşqçinin istefa verdiyini yazıb. Kocamanla bərabər Əziz Yıldırımın qardaşı Əli Yıldırım da istefa verib. 

Lakin baş verənlərdən sonra açıqlama verən Əziz Yıldırım hər iki şəxsin istefa vermədiyini, onların qovulduğunu deyib: "Nə istefa.. İkisini də mən qovdum". 

Ə.Yıldırım Aykut Kocamanın "yoruldum" sözünə əsəbiləşdiyi və ona "Sən istefa edə bilməzsən, mən səni qovuram" deyə cavab verdiyi bildirilib. 

Qaynar.info