İdman 19:32 18.10.2018

“Fənərbaxça” kulubu Azərbaycanın müstəqillik gününü təbrik etdi

Türkiyənin məşhur futbol klubu "Fənərbaxça” Azərbaycanın müstəqillik gününü təbrik edib.

"Ölkə.Az” xəbər verir ki, klubun rəsmi "Facebook” səhifəsində Azərbaycan bayrağı yerləşdirilib və altına "Bir kərə yüksələn bayraq, bir daha enməz! Azərbaycanın müstəqillik günü mübarək olsun!” yazılıb. 
Səhifə adminləri bu paylaşımı #Azerbaycan haştaqı ilə ediblər.