İdman 18:19 17.06.2013

“Fənərbaxça”dan daha bir transfer

Türkiyənin “Fənərbaxça” futbol klubu transferləri ilə hələlik rəqiblərini qabaqlayır. İstnbul nəhəngi artıq üçüncü rəsmi transferini tamamlayıb.

ANS PRESS-in verdiyi xəbərə görə, “Fənərbaxça” Çexiya millisinin və “Bayer Leverkusen”in sol cinah müdafiəçisi Mixal Kadleki rənglərinə bağlayib. Çex futbolçu artıq İstanbulda həkim nəzarətindən də uğurla keçib. Mixal Kadlek müdafiəçi rolu ilə yanaşı mərkəzində də oynaya bilir. 

2008-ci ildən “Bayer Leverkuzen”in sıralarında top qovan 29 yaşlı müdafiəçi “Fənərbaxça”nın təklifini düşünmədən qəbul etdiyini deyib: “İstanbul gözəl şəhərdir. Fənərbaxçanın mükəmməl bir klub olduğunu da bilirəm. Türkiyədə oynayan futbolçularla danışdım. Hamısı düşünmə, “Fənərbaxça”ya get dedi. Həm də bu klubun məni istəməkdə israr etməsi və əl çəkməməsi də böyük rol oynadı. Bu komanda ilə daha böyük uğurlara imza atmaq istəyirəm”. 

Çexiyali futbolçu üçün “Fənərbaxça” “Bayer Leverkuzen”ə 4,5 milyon avro ödəyib. Futbolçu isə bağladiği üç illik müqaviləyə əsasən “Fənərbaxça”dan 6 milyon 300 min avro qazanacaq.

Qaynar.info