İdman 00:21 14.04.2014

“Fənərbaxça”dan inamlı qələbə

Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində “Fənərbaxça” “Antalyaspor”u qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, artıq çempionluğuna yalnız həftələrin mane olduğu “Fənərbaxça”  “Qalatasaray” məğlubiyyətindən sonra öz meydanında “Antalyaspor”u 4-1 hesabı ilə məğlub edib. Kadleçin dublu, Caner Erkin və Musa Soun qolları “Fənər”ə növbəti 3 xalı qazandırıb. 

Hazırda aktivində 66 xal olan “Fənərbaxça” ən yaxın izləyicisi “Qalatasaray”ı  12 xal qabaqlayır. 

Qaynar.info