İdman 11:15 14.12.2018

"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlandı

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, İstanbul klubunu Ersun Yanal çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yeni baş məşqçi ilə ötən axşam 1,5 illik müqavilə imzalanıb. Anlaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, Ersun Yanal 2013/14 mövsümündə "Fənərbaxça"nı çalışdırıb.