Ölkə 11:07 15.10.2013

Fərhad Əliyev: "Cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm" - AÇIQLAMA


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisində artıq 19 nəfər məhkum əfv fərmanı əsasında azadlığa buraxılıb. Trend-in məlumatına görə, onların arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də var.

Fərhad Əliyev jurnalistlərə bildirib ki, bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, cənab prezidentə sadiq qalacaq: "Cənab prezidentə əfvlə bağlı müraciət etməyimdə təəccüblü hec nə yoxdur. Mənim həmişə bir sadiq amalım, düşüncəm olub. Ona görə də həbs olunmamışdan əvvəl də, həbs olunduğum, istintaq dövründə də cənab Prezidentə sədaqətli olduğumu bildirmişəm. Burada nəyə görə söz-söhbət yarandığını deyə bilmərəm. Bunun cavabını söz-söhbəti yaradanlar axtarıb tapmalıdırlar. Həqiqət ondan ibarətdir ki, mən həmişə öz sağlam əqidəmə sadiqəm, əvvəl də sadiq olmuşam, həbs olanda da sadiq idim, bundan sonra da sadiq olacağam".

Trend