Xəbər lenti

Fərhad Məmmədov: "Azərbaycan ABŞ-ın təklifini alqışlayır"
Siyasət 11:32 19.04.2013

Fərhad Məmmədov: "Azərbaycan ABŞ-ın təklifini alqışlayır"


ABŞ-ın dövlət katibi Con Kerrinin Türkiyədə olarkən bu ölkənin Dağlıq Qarabağ münaqisəsinin həllində rolunun artırılmasına dair fikirləri ABŞ-dakı erməni diasporunun ciddi tənqidi ilə üzləşib. Halbuki koqresmen kimi Con Kerrini hər zaman erməni diasporu və lobbisinin dəstəklədiyi şəxslərdən biri olub.

Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Trend-ə bildirib ki, Con Kerri əslində konqresmen və dövlət katibi olaraq tamamilə fərqli simalardır. Çünki konqresmen olarkən o, yalnız öz seçicilərinin istədiyini ifadə edirdi, indi isə ABŞ-ın milli maraqlarından çıxış edir.

"ABŞ-ın milli maraqları isə Türkiyənin bir neçə bölgədə güclənməsi ilə üst-üstə düşür. Bunlar Yaxış Şərq, Qara dəniz, eyni zamanda Cənubi Qafqaz bölgələridir. Bu bölgələrdə ABŞ Türkiyə vasitəsi ilə öz maraqlarına uyğun olaraq fəaliyyət və təşəbbüslərdə bulunur. Əfsuslar olsun ki, keçmişdə biz bu təşəbbüsləri o qədər də məntiqli və reallığa uyğun olmayan layihələrdə görmüşük. Bu da Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması mövzusudur. İnanmaq istərdik ki, Türkiyənin Cənubi Qafqazda rolunun artırılması birbaşa olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq", - SAM-ın direktoru qeyd edib.

Məmmədovun sözlərinə görə, Türkiyə onsuz da Dağlıq Qarabağ münaqişənin həllində dolayısı ilə iştirak edir. Çünki Türkiyə həm ATƏT-in Minsk qrupunun 11 üzvündən biri, eyni zamanda Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədlərini bağlayaraq işğalçını cəzalandıran bir ölkədir. Bu mövqə ABŞ üçün yeni xəbər deyil.

"Bundan irəli gələrək ABŞ bu kontekstdə və məntiqlə Türkiyəni Dağlıq Qarabağ probleminin həllində dəstəkləyirsə, biz buna yalnız sevinə bilərik", - Məmmədov əlavə edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->