Ölkə 12:38 15.10.2013

Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər - FOTO

İlham Əliyevin dünən imzaladığı əfv fərmanı ilə 8 illik məhbəs həyatından sonra bu gün azadlığa buraxılan Fərhad və Rafiq Əliyev qardaşları anaları Şövkət xanımla görüşüblər. 

Bu barədə musavat.com-a sabiq məhkumların yanında olan əməkdaşımız xəbər verib. Onun sözlərinə görə, görüş Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevin İçərişəhərdəki evində baş tutub. 8 ildən bəri gözləri yol çəkən Şövkət xanım oğullarını böyük sevinclə qarşılayıb, göz yaşlarını saxlaya bilməyib.

Əməkdaşımız xəbər verir ki, sabiq nazir və onun keçmiş şirkət prezidenti olan qardaşı həbsxanadan çıxdıqdan sonra öz evlərinə dönmədən, birbaşa analarının yaşadığı mənzilə gəliblər. 

Qaynar.info