Dünya 10:55 18.05.2013

Festivalda 1 milyon dollarlıq qarət - VİDEO

Kann festivalında aktyorların istifadə etməsi üçün icarəyə götürülən zinət əşyaları oğurlanıb

66-cı Kann film festivalında dünya ulduzlarının istifadə etməsi üçün sponsor firma tərəfindən icarəyə götürülən zinət əşyaları oğurlanıb. Anspress-in məlumatına görə İsveçrənin “Chopard” firmasının hazırladığı zinət əşyaları festivalın 2-ci günü şirkətin amerikalı əməkdaşının otağından götürülüb. Festival rəsmiləri isə açıqlama verərək oğurlanan zinət aşyaları arasında “Qızıl Palma” mükafatının olmadığını, bu mükafatın təhlükəsiz bir yerdə olduğunu deyib. 

Qaynar.info