Sənət 18:26 22.02.2018

Fəxri adlara görə verilən təqaüdlər artırıldı (SƏRƏNCAM)

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Xalq" və "Əməkdar" fəxri adları üçün nəzərdə tutulan təqaüdləri artırıb.

Sərəncama əsasən, "Xalq" fəxri adı üçün təqaüdlər 100 manatdan 150 manata, "Əməkdar" fəxri adı üçün təqaüdlər 60 manatdan 100 manata qaldırılıb.

Sərəncam martın 1-dən qüvvəyə minəcək.