Ölkə 09:40 16.09.2013

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı


Qəza nəticəsində 3 nəfərin həlak olduğu, daha 3 nəfərin isə agır yaralandığı bildirilirdi

Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu, Podarçöl kəndində Bakı – Qazax yolunun 161-ci kilometrliyində baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb. Qaynar.info-nun məlumatına görə, FHN-in saytında yer almış məlumatda deyilir:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Podarçöl kəndində Bakı - Qazax yolunun 161-ci kilometrliyində iki "Mercedes" markalı minik avtomobilinin, toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə sürücülərdən biri muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılmış və təcili yardım xidmətinə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 18:50-də başa çatıb.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin həlak olduğu, daha 3 nəfərin isə agır yaralandığı bildirilirdi.

Qaynar.info