Xəbər lenti

Ölkə 18:29 25.04.2024

FHN "işə düzəldən" şəxsə cəza verildi

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə pulla "işə düzəldən" şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Yusif Əhmədov (soyad şərti) Aysel adlı tanışından qardaşını FHN-nə işə düzəltmək adı ilə  Nərimanov rayonunda yerləşən "Badamar Plaza"da 7 min manat pul alıb. 

Yusif Ayselə qardaşını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair vəd verərək aldığı 7 min manatı şəxsi ehtiyaclarına xərcləyib. 

Məhkəmənin qərar ilə Yusif Əhmədova 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 manat cərimə təyin edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->