İdman 14:18 14.10.2018

FIBA-nın 52 yaşlı baş katibi olimpiadada vəfat etdi

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi və Beynəlxalq İdman Federasiyaları Qlobal Assosiasiyasının prezidenti Patrik Baumann vəfat edib.

Qaynarinfo xəbər verir ki, 52 yaşlı isveçrəli baş katib Buenos-Ayresdə dünyasını dəyişib. Bu barədə FIBA məlumat yayıb: 

"FIBA-nın baş katibi Patrik Baumann şənbə günü Buenos-Ayresdə gənclər arasında keçirilən Olimpiya Oyunları zamanı vəfat edib. Onun ölümünə ürək tutması səbəb olub. Təcili tibbi yardım bir fayda verməyib".