Ölkə 12:14 08.02.2014

FİFA Azərbyacan klubunu cəzalandırdı

 
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb
 
Həmkarlarımızın iddiasına görə, "Bakı"nın yeni futbolçu transfer etməsinə qadağa qoyulub. Buna səbəb isə paytaxt klubunun sabiq futbolçusu Ruslan Leviqaya "atması" olub. Belə ki, bakılılar ukraynalı futbolçuya çatmalı olan pulu ödəməyiblər. FIFA-nın xəbərdarlığına rəğmən pul ödənilmədiyindən "Bakı"ya 2 transfer pəncərəsi müddətində heyətinə yeni oyunçu qatmaq qadağası qoyulub. Bir sözlə, "zolaqlılar" qeyri-peşəkar idarəçiliyin qurbanı olub. Klub rəhbərliyi hələ ki, bu məsələyə münasibət bildirməyib.
 
Qeyd edək ki, Leviqa mətbuata verediyi açıqlamada “Bakı”dan FİFA-ya şikayət etdiyini təsdiqləmişdi. /axar.az/


Qaynar.info