İdman 16:59 16.08.2013

FİFA Braziliyanı cəzalandırdı

FİFA Braziliya Futbol Konfederasiyasını (BKF) cəzalandırıb.

Qol.Az-ın "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, buna Braziliya millisinin bir üzvünün dopinq testindən keçməməsi səbəb olub.

Dopinq testi verməyən futbolçunun adı hələlik açıqlanmayıb. Lakin həmin futbolçunun Braziliya millisinin üzvü olduğu dəqiqdir. Bu səbəbdən də FİFA BKF-nı 10,7 min dollar məbləğində cəzalandırıb. 

Qaynar.info