İdman 16:29 08.01.2014

FİFA-dan şok iddia: Dünya Çempionatı qışda keçiriləcək

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı qışda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, belə bir bəyanatla FİFA-nın baş katibi Jerom Valke çıxış edib.
 
“Dünya çempionatı iyun və iyul aylarında baş tutmayacaq. Mundial 15 noyabr - 15 yanvar aralığında keçiriləcək” – Valke bildirib.
 
Qeyd edək ki, FİFA mundialla bağlı yekun qərarını ötən ilin oktyabrında baş tutan İcraiyyə Komitəsinin iclasında verməli idi. Lakin məsələ hələ də açıq qalmaqdadır.

Qaynar.info