İdman 14:55 30.07.2018

FIFA Qurban Qurbanovu müzkirələrə çağırdı

Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyada keçirilmiş dünya çempionatının yekunlarına həsr edilən tədbirə dəvət edilib.

Qaynarinfo FIFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumuna üzv olan 211 ölkənin yığmasının baş məşqçiləri, həmçinin 6 konfederasiyanın üzvləri sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə qatılacaq.

Qeyd edək ki, təbdirdə ilin ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olacaq.