Fikrət Qocayev Heydər Əliyevlə birgə əsgər andı içdi (FOTO/VİDEO)
Xəbər verdiyimiz kimi, dünən Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. And içən gənc əsgərlər arasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də olub.
Qaynarinfo xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Heydər Əliyevlə and içən əsgərlər arasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi də olub. Xalq şairinin qız nəvəsi olan Fikrət Qocayev babasının adını daşıyır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Xatırladaq ki, mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalq şairi Fikrət Qoca ilə də görüşüb. Onun nəvəsinə hərbi xidmətdə uğurlar arzulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər