Dünya 16:42 11.11.2013

Fillipin xaraba qaldı: 942 ölü - FOTOLAR

Filippini vuran "Hayyan" qasırğası nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb. Ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin məlumatına görə, təbii fəlakət azı 942 nəfərin həyatına son qoyub.

Bundan əvvəl qasırğa nəticəsində ölənlərin sayının 10 min nəfər olduğu bildirilirdi.

Qasırğanın gücü saatda 235 kilometrə çatıb.

BMT-nin baş katibi Pan Gi Mun Filippindəki "Hayyan" qasırğasının vurduğu zərərdən son dərəcə narahat olduğunu bildirib. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Təşkilatın açıqlamasında qeyd olunur.

Açıqlamada baş katibin Filippin hökuməti və xalqına təbii fəlakətlə mübarizədə dəstəyini təklif etdiyi bildirilir.

Qeyd edək ki, "Hayyan" qasırğası Filippində yollar, hava limanı, və körpülərin bağlanması səbəbilə bir çox insanlarla əlaqə kəsilib. Yardım təşkilatları tərəfindən əahliyə havadan qida, zəruri əşyalar və və tibbi ləvazimatlar verilir.

UNİCEF-in bildirdiyinə görə, qasırğanın təsirinə məruz qalan 4 milyon uşağın təcili yardıma ehtiyacı var.

Bu arada, qasırğa artıq Vyetnama çatıb. Vyetnam Beynəlxalq Meteorologiya Agentliyi "Hayyan"ın yerli vaxtla səhər saat 5-də ölkənin şimalında Quanq Ninhə çatıdığını açıqlayıb. // Trend