Son günlər kəklikotu bitkisi Bakı sakinlərinin əsas müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə müzakirələr aparılır.

Əhalinin tələbatını öyrənmək məqsədi ilə üz tutduq Bakıda kəklikotu satış mərkəzlərinə.

Müsahibə aldığımız satıcılar da kəklikotuna son günlər marağın artdığını qeyd edərək bildiriblər ki, rayonlardan əlavə kəklikotu sifariş etmək məcburiyyətinə qalıblar. 

Nəzərə alaq ki, kəklikotu immun sistemi üçün çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədilə istifadə olunur.

Mütəxəssislər kəklikotuna tələbatı eyniadlı kinokomediyanın nümayişə başlaması ilə əlaqələndirirlər. 

Qeyd edək ki, filmin çəkilişində 20-dən çox məşhur aktyor, müğənni və rejissor iştirak edib.

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuanadır. Məhz bu macəra, eləcə də, peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Film "Ganjlik Mall”da, "28 Mall”da, "Aygun Mall”da, "Khamsa Park”da (Gəncə), "Amburan Mall”da, "Azerbaijan Cinema”da nümayiş etdirilir.