Dünya 20:26 11.11.2018

Məşhur rəssam 7 ildir zibillikdən qidalanır

Finlandiyalı rəssam Nadya Andersson 2011-ci ildən bəri qida ehtiyaclarının bir hissəsini zibil qutularından toplayır.

Qaynarinfo xəbər verir ki, bir neçə mükafatın sahibi, rəssam və komik romanları yazarı olan 26 yaşlı Andersson mağazaların qarşısında yerləşən zibil qutularından yemək toplayır. İlk dəfə 19 yaşında ofisiant işləyən zaman normal qidaların zibilliyə atıldığını görən rəssam daha sonra bu israfçılığa etiraz olaraq, həmçinin qənaət məqsədilə təzə meyvə və tərəvəzləri toplamağa başlayıb. Nadya Andersson bu addımını belə izah edir:

"Əgər normal yeməkləri zibillikdə tapa bilirəmsə, niyə pulla alım?! Əvvəllər bu hərəkətimə görə utanırdım, özümü başqalarının əşyasını qarışdıran biri kimi hiss edirdim. Artıq bu hisslər geridə qalıb. Topladığın qidaların fotolarını "Instagram"da belə paylaşıram. Əsasən sağlam meyvə və tərəvəzləri toplayır, isti su və qab şampunu ilə yuyub sonra yeyirəm. Zibillikdə tapdığım qidalar arasında zeytun yağı, kofe, ədviyyatlar da olur. Xarab qidaları götürmürəm. Ət və çörəkdən istifadə etmirəm. Əgər zibillikdən bu məhsulları götürsəydim, yeməklərin təzəlik və keyfiyyəti məsələsində daha diqqətli olardım. Zibilliyi qarışdırmamışdan əvvəl icazə almaq və ətrafı çirkləndirməmək vacib şeylərdir".

Gülşən