Ekonomiks 11:11 03.02.2018

“Fitch”: 2018-ci ildə Azərbaycanda büdcə profisitlə icra olunacaq

"Ölkənin tədiyyə balansı yaxşılaşmağa başlayıb”.

Bu barədə APA "Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir. 

Bildirilir ki, neft qiymətlərinin yüksəlməsi ilə tədiyyə balansı 2017-ci ilin 2-ci rübündən etibarən profisitə keçib. Hesablamalarımıza görə, il sonuna profisit 3,1%-ə yüksələcək. Nəticədə, xarici valyuta ehtiyatları 22% artıb, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri isə 2017-ci ilin sonuna 35,8 milyard dollara yüksəlib ki, bu da ötən il ÜDM-in 87,4%-nə bərabər olub. 2016-cı ildə isə Neft Fondunun aktivləri 33,1 milyard dollar olub. Düşünürük ki, neft qiymətlərinin sabitləşməsi və 2019-cu ildə yeni fiskal qaydalar əsasında dövlət büdcəsinə nəzərdə tutulan transfertlərin məhdudlaşdırılması ilə Fondun aktivlərinin həcmi  artmaqda davam edəcək, ” – deyə məlumatda bildirilir.

Hesabatın müəllifləri qeyd edir ki, kapital xərclərinin artmasına baxmayaraq, neft qiymətlərinin yüksəlməsi nəticəsində 2018-ci ildən büdcə profisitlə icra olunacaq.