Ekonomiks 18:23 06.09.2017

Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit reytinqini təsdiqlədi (R)

Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “Sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqlədi . AccessBank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub saxlayır. Agentlik həmçinin, Bankın Dəstək Reytinqini "3" səviyyəsində təsdiqlədi, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.

"Mövcud reytinq  Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq, biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik” - AccessBank-ın İdarə Heyətinin sədri  Dr. Rolf Reichardt reytinqi şərh etdi.