Maqazin 20:35 04.04.2015

Flora Kərimova: "Mənə 20 il xaricə getmək qadağası qoyulmuşdu"

Xalq artisti Flora Kərimova sənətindən şikayətlənib. "Star life" verilişinə açıqlamasında müğənni xaricdə tanınmaq arzusu olduğunu deyib:
 
"Səsimin taleyi olmadı. Bir şeydə bəxtim gətirdi ki, sevildim. Bu səs ölkə hüdudlarını keçməli idi. Bir var qastrol səfərlərində olasan, biri də var xaricdə sənətin içinə girəsən. Sovet dövründə mənə 20 il xaricə getmək qadağası qoyulmuşdu. O vaxtlar İtaliyadan olan bir prodüser məni seçib, ölkəsinə dəvət etmişdi. Yerimə Kərimova soyadı olan başqa ifaçı göndərdilər. Soruşdular ki, axı Flora xanımı seçmişdik. Yalandan dedilər ki, ölüb. Özümü nəzarətdə saxlayıram. Tək amalım odur ki, həm rəhmət qazanam, həm də mənə nifrət edilməsin. İndiki müğənnilərin saysız-hesabsız qüsurları var. Düşünməsinlər ki, etdikləri hərəkətlər vaxt ötdükcə unudulacaq".
 
F.Kərimova indiki ifaçılar arasında sənətkar olmadığını bildirib: "Kişilər arasında sənətkar var, amma qadınlardan yoxdur. Əgər Şövkət Ələkbərova deməsəydi ki, Flora sənətkardır, mən heç vaxt özümə bu adı qoymazdım". (axsam.az)

Qaynar.info