İdman 16:33 13.08.2013

Foqts köməkçilərini kəşfiyyata göndərdi

Azərbaycan milli komandasının məşqçiləri DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinin oyunlarını izləyəcək.

Yığmamızın avqustun 14-də meydana çıxacaq 2 rəqibinin oyununda Berti Foqtsun köməkçiləri də iştirak edəcək.

Sabah Belfastda DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya - Rusiya oyunu baş tutacaq. Bu qarşılaşmanı almaniyalı məşqçimiz Olaf Yansen izləyəcək. Kiyevdə isə Ukrayna və İsrail millilərinin yoldaşlıq görüşü keçiriləcək. Bu oyunu izləmək üçün Nazim Süleymanov Ukraynaya yollanıb.

Qaynar.info