İdman 17:47 11.03.2014

Foqts təqvimi alt-üst etdi: final nə vaxt baş tutacaq?

Azərbaycan A milli komandasının təlim-məşq toplanışını və 27 may 2014-cü il tarixində ABŞ milli komandası ilə keçirəcəyi yoxlama oyununu nəzərə alaraq Topaz Premyer Liqasının təqvimində aşağıdakı dəyişikliklər edilib. 

Fanat.az xəbər verir ki, çempionatın son 4 turunun vaxtı dəyişdirilib:

1. 33-cü turun bütün oyunları 2 may 2014-cü il;

2. 34-cü turun bütün oyunları 7 may 2014-cü il;

3. 35-ci turun bütün oyunları 12 may 2014-cü il;

4. 36-cı turun bütün oyunları 17 may 2014-cü il tarixində keçiriləcək.

22-ci Azərbaycan kubokunun final oyunu isə 22 may 2014-cü il tarixində baş tutacaq.

Qaynar.info