Dünya 18:32 12.01.2019

"Ford" bəzi modellərin Avropada istehsalını dayandıracaq

Avtomobil nəhəngi "Ford" Avropadakı yeni strategiyasını açıqlayıb.

Qaynarinfo Electrek saytına istinadən xəbər verir ki, bu barədə qrupun Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Stiven Armstronq danışıb. Bəzi modellərin Avropada istehsalı dayandırılacaq və bütün modellərin elektriklə işləyən versiyası yaradılacaq. 

Elektrikli avtomobillərin istehsalının artması "Ford"da işçi ixtisarlarına səbəb olacaq. 

Gülşən