"Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, 51 dövrənin tamamında "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. "Aston Martin"dən Fernando Alonso dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini altıncı sırada bitirib.
16.20
"Alfa Romeo” pilotu Cou Quanju "Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında uğursuzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, sürücü bolidindəki texniki problem səbəbindən mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, daha əvvəl "Alfa Tauri" pilotu Nik de Vris bolidindəki problemə görə çıxışını vaxtından əvvəl başa vurub.
15.55
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.
Qaynarinfo xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres 29 dövrədən sonra liderdir.
Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb.
15.33
"Aston Martin” pilotu Nik de Vris "Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, niderlandlı sürücü yarışı sonadək davam etdirə bilməyib. 10-cu dövrədə onun bolidində problem aşkarlanıb.
Qeyd edək ki, hazırda 13 dövrədən sonra "Red Bull"dan Serxio Peres liderdir.
15.03
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Qaynarinfo xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.
Aprelin 28-də gerçəkləşən sıralama turunda "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər sürücüsü Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü "Aston Martin"dən Fernando Alonso (48 xal) qapayır.
Konstruktorlar kubokunun lideri isə "Red Bull” (137 xal) komandasıdır. "Aston Martin” 69 xalla ikinci, "Mercedes” isə 63 xalla üçüncü sıradadır.
Şərhlər