Xəbər lenti

Ölkə 13:43 12.05.2023

"Formula 1"lə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir" - Deputat

"Bəzi məsələlərin qəbulunda ictimai rəy öyrənilmir. Bakı şəhərində 7 ildir "Formula 1” yarışı keçirilir. Bunun müddəti 3 il də artırıldı".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev "İctimai iştirakçılıq haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

"Amma bu cür insanların geniş müzakirəsinə səbəb olmuş məsələlərlə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir", deyə deputat bildirib.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->